Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa Azərbaycanın Mədəniyyət beşiyidir”  başlığı altında onlayn tədbir keçirilib

20.04.2022

20.04.2022 -ci ildə tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Çaykənd  kənd kitabxana filialı 2022-ci ilin Şuşa ilinin elan olunması ilə əlaqədar olaraq “Şuşa Azərbaycanın Mədəniyyət beşiyidir”  başlığı altında onlayn tədbir keçirildi. Tədbiri Çaykənd  kənd kitabxana filialının müdiri Məmişova Könül  çıxış edərək bildirdi ki, Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi strateji əhəmiyyətə malik qədim şəhər. Təkcə şuşalılar üçün yox bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhər, əziz torpaq, əziz qala, əziz bir abidədir. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yer olmasından danışdı.

Tədirdə  Kəlbəcər rayon MKS-nin direktoru Sadiqə Quliyeva, Kəlbəcər rayon MKS-nin Bağırsaq kənd kitabxanasının müdiri Sona Xəlilova,  ATU-nin Baş müəllimi Zeynəb Məmmədli, ATU-nin II-ci  kurs tələbəsi Sərxan Eyvazlı, Laçın rayonun Nərmaniyə kənd tam orta məktəbin tarix müəllimi Aynur Quliyeva, Kəlbəcər rayon 103 saylı tam orta məktəbin ingilis dili müəllimi Lalə Əsgərova çıxış edərək bildirdilər ki, bütün bu gözəlliklərə, zənginliklərə malik şəhərin itirilməsi, uzun illər bizim yolumuzu gözləməsi isə hər birimizin ürək ağrısı idi. Şuşa hər zaman gerçək sahiblərini gözləyirdi. Xarı bülbülün ətri, qoxusu bizi axtarırdı. Qarabağın tacını itirməyi, ondan ayrı qalmağı isə heç bir Azərbaycan vətəndaşı qəbul edə bilmirdi. Şəxsiyyətlərimizin məqbərələri, tarixi abidələrimiz, Şuşamızın bütün əsrarəngiz gözəlliyi sanki zindanda, azad olunacaq günü gözləyirdi. Biz bu günün olacağına hər zaman inandıq, dövlətimizin qüdrəti, Prezidentimizin əzmi, güclü siyasəti, ordumuzun yenilməzliyi heç bir maneənin qalmadığını görməyə əsas verirdi. Bənzəri olmayan qələbə ilə düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik. Bizim bu tarixi qələbəni döyüş meydanında  qəhrəman oğullarımızın şücaəti nəticəsində qələbə əldə etməsindən danışdılar. Laçın rayon Qorçu kənd orta məktəbin 9-cu sinif şagirdi Məhsun Şərifov “Xudayar təsnifi”ni   ifa etdi. Nərmaniyə kənd orta məktəbin şagirdləri Zəri Cavadlı , Nərmin Cavadlı, Sabir Dünyamalıyev, Gəncə şəhəri 4 saylı  Litseyin 3-cü sinif şagirdi Aylin Qənizadə hərbi vətənpərvərlik haqqında şeir söylədilər.

 

74.9 KB